EN

Fransa Prokurorluğu mədəniyyət nazirinin mühakimə olunmasını tələb edib

Fransanın Milli Maliyyə Prokurorluğu mədəniyyət naziri Raşida Dati və “Renault-Nissan” alyansının keçmiş rəhbəri Karlos Qonun korrupsiya ittihamı ilə mühakimə olunmasını tələb edib.

“Report” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Dati barəsində istintaq 2021-ci ildən gedir. O, korrupsiya və digər cinayətdə ittiham olunur. Maliyyə Prokurorluğu hesab edir ki, o, 2009-2019-cu illərdə Avropa Parlamentinin deputatı olarkən maraqlarını lobbiçilik edən “Renault” şirkətindən 900 min avro alıb.

Qeyd olunur ki, Milli Maliyyə Prokurorluğu, mədəniyyət naziri Raşida Dati və “Renault-Nissan” avtomobil qrupunun keçmiş rəhbəri Karlos Qon üzərində xüsusən korrupsiya ittihamları ilə əlaqədar Cinayət Məhkəməsində prosesin keçirilməsini tələb edib.

Chosen
89
1
report.az

2Sources