EN

ABŞ, Koreya və Yaponiya raket əleyhinə potensialını gücləndirəcək

ABŞ, Koreya Respublikası və Yaponiya raketdən müdafiə potensialını gücləndirmək niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ və Cənubi Koreya prezidentləri Cozef Baydenlə Yun Sok Yol, eləcə də Yaponiyanın Baş naziri Siqeru İsibanın üçtərəfli görüşün yekunları üzrə Lima (Peru) şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi əməkdaşlıq sammiti çərçivəsində qəbul edilmiş birgə yazılı bəyanatında deyilir.

"ABŞ, Koreya Respublikası və Yaponiya Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket buraxılışları üzrə real vaxt rejimində məlumat mübadiləsi, eləcə də ballistik raketlərdən müdafiə potensialımızı gücləndirməyə yönəlmiş qarşılıqlı fəaliyyət vasitəsilə silahlı qüvvələrin üçtərəfli əməliyyat uyğunluğunu artırır",- Ağ Evin Mətbuat xidməti tərəfindən açıqlanan sənəddə qeyd olunur.

Həmçinin vurğulanır ki, üçtərəfli qarşlıqlı müdafiə fəaliyyəti genişlənir. Silahlı qüvvələrin baş qərargah rəisləri və nazirlər səviyyəsində indi illik görüşləri əhatə edəcək. Beləliklə, söhbət mövcud yüksək səviyyəli siyasi məsləhətləşmələrin, məlumat mübadiləsinin, üçtərəfli təlimlərin və hərbi mübadilənin miqyasının artırılmasından gedir.

Chosen
115
4
far.az

10Sources