EN

Bayden Ukraynaya yardım üçün ayrılan bütün vəsaiti yanvarın 20-dək istifadə edəcək

ABŞ prezidenti Co Bayden bu məqsədlə ayrılan bütün vəsaiti Donald Trampın andiçmə mərasimindən əvvəl Ukraynaya yardım üçün göndərəcək. NATO ölkələri 2025-ci ildə ukraynalılara yardım göstərməlidir.

Associated Press xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

ABŞ Dövlət Departamentinin rəhbəri əmin edib ki, “Prezident Bayden ixtiyarımızda olan hər dolların 20 Yanvara qədər xərclənməsini təmin etməyi öhdəsinə götürüb”.

O, həmçinin qeyd edib ki, NATO ölkələri Ukraynanın 2025-ci ildə effektiv mübarizə aparmaq üçün pul və sursata malik olmasını təmin etməlidir. Məqsəd odur ki, Ukrayna tərəfi Rusiya ilə güc mövqeyindən danışıq apara bilsin.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar aparıb. Görüşdən sonra o bildirib ki, Vaşinqton Kiyevə əhəmiyyətli yardım etməyi planlaşdırır. Buraya silahlar və Ukrayna üçün yeni silahların istehsalı üçün müqavilələrin ödənişi daxildir.

Eyni zamanda mediada Bayden administrasiyasının təcili olaraq Ukraynaya 6 milyard dollarlıq yardım göndərməyi planlaşdırdığı haqda xəbərlər yayılıb.

Oxuməni.az

Chosen
52
oxumeni.az

1Sources