EN

Qazaxıstan dənizə çıxışı olmayan ölkələrin dayanıqlı inkişafı üçün beynəlxalq səylərə çağırır

Bakı. Trend:

Qazaxıstan iqlim risklərinin aradan qaldırılması və dənizəçıxışı olmayan ölkələrin (LLDCs) dayanıqlı inkişafına töhfə verməküçün koordinasiyalı beynəlxalq tədbirlərin zəruriliyinə diqqətçəkir.

Trend xəbər verir ki, bunuQazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev“Dənizə çıxışı olmayan ölkələrdə (LLDCs) iqlim dəyişikliyinədavamlılığın artırılması və dayanıqlı inkişafa töhfə: çağırışlar vəimkanlar” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir vurğulayıb ki, Qazaxıstan dənizə çıxışı olmayan bir ölkəkimi, bu cür dövlətlərin, xüsusilə də qlobal iqlim dəyişikliyişəraitində üzləşdiyi müxtəlif problemləri dərindən dərk edir.

“Biz iqlim dəyişikliklərinin ekstremal hava hadisələri, suehtiyatlarının azalması və ərzaq təhlükəsizliyinin pisləşməsi kimiartan təsirləri ilə üzləşirik ki, bu da bizim həssaslığımızıartırır. Bu çağırışlar coğrafi məhdudiyyətlər və qlobaliqtisadiyyata inteqrasiyada çətinliklərlə daha da ağırlaşır”, -deyə E.Nısanbayev qeyd edib.

Onun sözlərinə görə, bu problemlərin həlli üçün ölkələr vəbeynəlxalq təşkilatlar arasında aktiv əməkdaşlıq vacibdir.

“Birgə səylərlə biz iqlim maliyyəsinə çıxışı genişləndirərək,dayanıqlı infrastrukturu gücləndirərək və innovasiya potensialındanistifadə edərək, mühüm dəyişikliklərə nail ola bilərik. QazaxıstanLLDCs birliyi daxilində və beynəlxalq tərəfdaşlarla əməkdaşlığıngücləndirilməsinə sadiqdir”, - deyə nazir bildirib.

Nazir əminliyini ifadə edib ki, bu cür təşəbbüslər oxşarçağırışlarla üzləşən bütün ölkələr üçün dayanıqlı gələcəyi təminetməyə kömək edəcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources