EN

Nazir: Özbəkistan karbonsuz məlumat mərkəzi yaradılmasına təşəbbüs göstərir

Özbəkistan ölkəni İT mərkəzinə çevirməyə çalışır.

APA xəbər verir ki, bunu Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov yaşıl rəqəmsal fəaliyyətlərə həsr olunmuş yüksək səviyyəli dəyirmi masada deyib.
“Biz çalışırıq ki, ölkəmizi İT mərkəzinə çevirək, İT şirkətləri bizimlə gəlib öz bizneslərini inkişaf etdirə bilsinlər. İnsanların həyatını yaxşılaşdırmaq üçün rəqəmsal texnologiyalar, məsələn, bütün dövlət xidmətlərinin 80 faizindən çoxu artıq onlayn rejimdə təqdim olunur. Bununla belə, məlumat mərkəzlərinin süni intellekt imkanlarına artan tələbatı nəzərə alaraq, biz səudiyyəli tərəfdaşlarımızla birlikdə tam karbonsuz məlumat mərkəzinin yaradılmasına təşəbbüs göstəririk”- nazir vurğulayıb.

Chosen
16
apa.az

1Sources