ABŞ prezidenti Co Bayden etiraf edib ki, birinci xanım Cil Bayden bəzən onu kosmosa göndərməklə hədələyir. Amerika liderinin Peru Respublikasının Prezidenti Dina Boluarte ilə görüşdə bunu deyib. Bu barədə Ağ Evin mətbuat xidməti yayıb.
Bayden xüsusilə Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) direktoru Bill Nelsonun rolunu vurğulayaraq "kosmosun tədqiqində ABŞ-Peru əməkdaşlığı"na toxunub.
"Hər dəfə həyat yoldaşım məni kosmosa göndərməklə hədələyir və bu məqsədlə NASA-ya zəng edəcəyini deyir,"-deyə dedi Bayden bildirib.
Prezidentin sözlərinə görə, o, NASA rəhbərinin bu ideyanı dəstəkləyəcəyindən qorxur. Onun dedikləri görüşdə iştirak edənlərin gülüşünə səbəb olub.
Eyni zamanda, Bayden xatırladıb ki, may ayında Peru Respublikası Amerikanın kosmosda davranış normaları ilə bağlı Artemida razılaşması adlanan təkliflərinə qoşulub.
Amerikanın Artemida Ay proqramının adını daşıyan Artemida Sazişləri, ABŞ və digər ölkələr arasında bağlanan bir sıra ikitərəfli müqavilələrdir. 2020-ci ilin may ayında NASA sazişin əsas müddəalarını açıqlayıb. Açıqlamada deyilir ki, muqavilənin əsasında Ayda ehtiyatların çıxarılması və “zərərli müdaxilənin” qarşısını almalı olan sözdə təhlükəsizlik zonalarının yaradılması ideyası dayanır.
Oxuməni.az