EN

İqlim böhranı ilə mübarizə üçün neft nəhənglərindən 500 milyon dollar birgə investisiya

TotalEnergies, BP, Equinor və Shell enerji şirkətləri dayanıqlı enerji mənbələrinə çıxışı artırmaq üçün 500 milyon dollarlıq birgə sərmayə qoymağı öhdələrinə götürüblər.

Marja xəbər verir ki, Bakıda davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransı (COP29) çərçivəsində TotalEnergies, BP, Equinor və Shell şirkətlərinin yüksək vəzifəli şəxsləri birgə saziş imzalayıblar.

Sözügedən şirkətlər müqaviləsi çərçivəsində insanların dayanıqlı enerji mənbələrinə çıxışını artırmaq 500 milyon dollarlıq ortaq investisiya edəcəklər.

BP-nin İcraçı Direktoru (CEO) Murray Auchincloss, mövzu ilə bağlı etdiyi yazılı açıqlamada, açıqlanan ortaq sərmayə sayəsində milyonlarla insanın zamanla davamlı enerji mənbələrinə çıxışını təmin etməyi hədəflədiklərini bildirib. 

Equinor CEO-su Anders Opedal da dörd enerji şirkətinin inkişaf etməkdə olan ölkələrə birgə sərmayə yatıracağını qeyd edərək, “Biz inanırıq ki, bu səylər enerjiyə çıxışda bəzi boşluqları aradan qaldırmağa kömək edəcək”, deyib.

TotalEnergies BP Equinor Shell
Chosen
30
marja.az

1Sources