EN

İngiltərəli analitik: Tramp “Ukrayna layihəsi”ni bağlanmış hesab edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası artıq bu qənaətə gəlib ki, “Ukrayna layihəsi” bağlanmalıdır. Bu barədə noyabrın 16-da Böyük Britaniyalı analitik Aleksandr Merkuris özünün YouTube bloqunda məlumat verib.

Xəbəri “İzvestiya.ru” yayıb. 

“Onlar razılaşdılar ki, layihəni bağlamaq vaxtıdır”, - deyə o bildirib. 

Təhlilçi vurğulayıb ki, yeni Tramp administrasiyası Qərb üçün heç bir nəticə vermədən Ukrayna böhranının külli miqdarda ABŞ resurslarını “udmasından” xəbərdardır. Onun sözlərinə görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin  cəbhədə irəliləməsi fonunda “Ukrayna layihəsi” iflasa uğrayır.

Ukraynanın “Qərb ölkələrinin layihəsi”nə çevrilməsi faktını hələ 2021-ci ildə Kreml rəsmisi Dmitri Peskov bəyan etmişdi. Sonra o qeyd etmişdi ki, bir sıra Qərb dövlətlərinin razılığı ilə Ukraynada hərbi çevriliş baş verəndən sonra bu ölkədə layihənin icrasına başlanılıb.

Bir gün əvvəl, noyabrın 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əbu-Dabidə mətbuat konfransı zamanı Moskvanın Ukrayna probleminin həlli ilə bağlı Trampdan təkliflər gözləyəcəyini bildirib. O deyib ki, ölkəsi müharibə deyil, sülh tərəfdarıdır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
5
xalqqazeti.az

1Sources