EN

Füzulidə dövlət mülkiyyətinə aid torpaq bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Füzulidə dövlət mülkiyyətinə aid 482,0 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti “Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Qərar qəbul edib.

Qərara əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 482,0 hektar torpaq sahəsi qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Bizim.Media

Chosen
7
12
bizim.media

10Sources