EN

Aktiv kommersiya qurumlarının sayı 10,8 faiz artıb - RƏQƏMLƏR

Azərbaycanda kommersiya qurumlarının sayı 8 faiz artıb. 


Sfera.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2024-cü il noyabrın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 187 674 vahid təşkil edib. 


Yanvar-oktyabr aylarında 11 670 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalıdır. 


Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 82,8 faizi elektron qaydada, 17,2 faizi kağız daşıyıcılarda edilən müraciətlər əsasında qeydə alınıb.

Kommersiya qurumlarının 9 658-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 7 841-i Asan İmza, 1 783-ü finkod+mobil üsulu, 34-ü isə “SİMA” rəqəmsal imza vasitəsilə müraciətlər əsasında qeydiyyatdan keçib.


2024-cü il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 399 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.


2024-cü il noyabr ayının 1-nə aktiv kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artıb.


Vasif

Chosen
1
17
sfera.az

10Sources