EN

Aşaraq ərazidə qalan 10 yaxın iridyametrli şam ağaçları - Təbiətə Abşeron RİH tərəfində edilən " hörmət" və "qayğısı" - FOTO

Abşeron rayonunda 10 yaxın  iridyametrli şam ağaçları aşıb.

Ekologiya.az-ın xəbərinə görə hadisə Xırdalan şəhəri, Həsən Əliyev küçəsinin mərkəzi yoldan keçən hissəsində baş verib.

 Ərazidə yaşayan insanların da əməkdaşlarımıza dediyinə görə, hadisə bir ay öncə baş verib. Amma, hələdə ərazi baxımsız vəziyyətdə qalmaqdadı. 

Bildirək ki, hadisə ilə bağlı məlumat alan 4 saylı RETSİ-nin əməkdaşları dərhal araşdırmaya başlayıb. Məlum olub ki, şam ağaçları bir aya yaxındır ki, ərazidədir. Hattda 4 saylı RETSİ-nin əməkdaşları  aidyatı üzrə məlumat verməsinə baxmayaraq ağaclar ərazidən götürülməyib. Abşeron icra hakimiyyəti və onun aidyatı orqanı hadisəni hələdə görməzdən gəlir. 

Ölkəmizdə keçirilən qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 çərçivəsində Liderlərin Sammitinin altıncı günü olmasına baxmayaraq həqiqətən də təbiətə Abşeron RİH tərəfində edilən " hörmət" və "qayğıdır".

Ekologiya.az

Səma Heydərli



Chosen
10
ekologiya.az

1Sources