EN

Özbəkistan Ali Məclisi Senatının sədri: Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib

COP29 ciddi önəm qazanıb. Burada olan bütün təşəbbüsləri dəstəkləyirəm. Metan emissiyalarının azaldılmasını, təmiz karbohidrogendən istifadəni olduqca əhəmiyyətli hesab edirəm. 

"Operativ Media" xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib. 

O bildirib ki, parlamentlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Miqrasiya, ərzaq təhlükəsizliyi kimi məsələlər çox önəmlidir. İqlim dəyişmələrinin aradan qaldırılmasında maliyyələşdirmə ən vacib məsələdir. 

Tənzilə Narbayeva ölkəsində iqlim dəyişmələrinə qarşı həssas olan icmalar üçün həyata keçirilən işlər barədə də danışıb. Regionda dayanıqlılığın daha da möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub: “Bütün parlamentlər arasında yüksək səviyyədə əlaqələr qurmalıdır. Dünyada ətraf mühit problemlərinin pisləşdiyi bir vaxtda parlamentin rolu getdikcə artmalıdır. Biz parlamentlər olaraq geniş müzakirələr açmalıyıq. Eyni zamanda, bütün ölkələrin parlamentlərinin arzularını nəzərə almalıyıq”.

1Sources