HƏMAS rəsmisi İsraillə atəşkəsə hazır olduqlarını açıqlayarkən, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı “təcavüzə son qoymaq” üçün İsrailə “təzyiq” etməyə çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın İsraillə münaqişələrdə addımlar atmalı olduğunu vurğulayıb və Trampı “təcavüzə son qoymaq” üçün İsrailə “təzyiq göstərməyə” çağırıb.
“France Presse” agentliyinə açıqlama verən HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim, "HƏMAS atəşkəs təklifinin təqdim edilməsi və İsrail tərəfindən hörmət edilməsi şərti ilə Qəzza zolağında atəşkəs əldə etməyə hazırdır" deyərək ABŞ administrasiyası və Trampı təcavüzünə son qoymaq üçün İsrail hökumətinə təzyiq göstərməyə çağırıb.