EN

Rusiya XİN-dən VACİB AÇIQLAMA: "Sualınızı erməni tərəfinə ünvanlayın"

​Ermənistan tərəfinin bəyanatları Ermənistan KTMT-nin müxtəlif səviyyələrdə işinin bütün formatlarından uzaqlaşdığını göstərir.

Milli.Az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın KTMT-nin noyabrın 28-də keçiriləcək sammitində iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

Diplomatdan Ermənistanın qarşıdakı KTMT tədbirlərində, o cümlədən liderlərin görüşündə iştirak şansının olub-olmaması ilə bağlı sual verilib.

"Sualınızı erməni tərəfinə ünvanlayın", - deyə Pankin cavab verib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır". Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır.

Nərmin Mahmudova
Milli.Az

Chosen
12
milli.az

1Sources