EN

Rasim Ramaldanov: "Bu gün Estoniyanı mütləq xalsız evə yola salmalıyıq" - Müsahibə

Azərbaycan milli komandasının veteran müdafiəçisi Rasim Ramaldanov apasport.az saytına müsahibə verib. 

- Azərbaycan millisi bu gün Qəbələdə Estoniya ilə qarşılaşacaq. Bu matçdan gözləntilərin nələrdir?

- Fikrimcə, bu gün ilk qələbəmizi qazanacağıq. Milli komandamıza uğurlar arzu edirəm. İnanıram ki, futbolçular bunu bacaracaq, sona qədər mübarizə aparacaqlar. Sonda da qalib gələcəklər.

- Azərbaycan millisi Tallində Estoniyaya uduzmuşdu. Bu görüş onlar üçün yaxşı revanş hissi, motivasiya ola bilər?

- Sözsüz ki, səfərdə estonlara uduzmalı deyildik. Amma nə etmək olar, belə alındı. Bu gün isə mütləq Estoniyanı xalsız evə yola salmalıyıq. İnanıram ki, belə də olacaq. 

- Əvvəlki toplanışlardan fərqli olaraq, bu dəfə milli daha çox birlikdə oldu. Demək olar ki, bu, Fernandu Santuşun fəlsəfəsini futbolçulara aşılaması üçün daha yaxşı oldu?

- Məncə də, elədir. Vaxt var. Qəbələdə yığışmaq yaxşı oldu ki, məşqçi həm səhər məşqlərində, həm də axşam məşqlərində lazım olan detalları başa sala bilsin. Bu, həqiqətən, çox yaxşı idi. Hər halda, bəhrəsini də görməliyik.

- Yəqin ki, Estoniyanı uda bilməməyin bəhanəsi olmayacaq? Yoxsa, 1 xalı normal qəbul edəcəksən?

- Xeyr, heç-heçəni heç kim normal qəbul etməyəcək. Məncə, o barədə heç kim fikirləşmir də. Ancaq qələbə bizim olmalıdır. Hər halda, komanda da bu haqda düşünür. 

- Milli bu oyunda da uduzarsa, böyük ehtimalla D liqasına yuvarlanacaq. Bu yəqin ki, böyük uğursuzluq hesab olunmalıdır?

- Bu barədə isə ümumiyyətlə fikirləşmək istəmirəm. Bizim milli D divizionuna yuvarlanmağa heç layiq deyil! Allah eləməsin, belə hal yaşansa, sözsüz ki, bizim üçün böyük uğursuzluq olacaq. Ümid edək ki, hər şey yaxşı alınacaq.

Türkiyə millisində daha bir itki

Fatih Terim Bakıda

AFFA rəsmisi Ər-Riyadda tədbirdə iştirak edib

Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"

"Şamaxı" I Liqa klubu ilə yoxlama oyunu keçirəcək

Chosen
46
apasport.az

1Sources