EN

"KOB-larsız iqlim böhranı adekvat şəkildə həll edilə bilməz"

Kiçik və Orta Biznesin (KOB) "yaşıl iqtisadiyyat"ın tələblərinə uyğun transformasiyası olmadan iqlim böhranı adekvat şəkildə həll edilə bilməz.

FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov COP29 çərçivəsində təşkil olunmuş “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, KOB-lar qlobal istiləşmənin təsirlərinə daha çox həssasdırlar.

O. Məmmədov deyib ki, COP29 çərçivəsində bir neçə bundan gün əvvəl KOB-ların "yaşıl keçid"inin təşviqinə, bu sahədə əməkdaşlığa dair sənədlər imzalanıb:"Bu təşəbbüs dünya üzrə KOB-lar üçündür. Biz qlobal KOB ekosistemini konsolidasiya etməyi hədəfləyirik ki, onların "yaşıl keçid"i real, praktik olsun. Bakı Bəyannaməsi KOB-ların qlobal iqtisadiyyat üçün oynadığı roldan və onların "yaşıl keçid" prosesində dəstəklənməsinin vacibliyindən bəhs edir. Biz hamımız bilirik ki, planetimizə əhəmiyyətli iqlim zərəri vurulur. Beləliklə, bütün iqtisadi aktorlar arasında hərtərəfli və əhatəli yanaşma tələb edir". (Report)

Chosen
35
3
fed.az

5Sources