EN

Azərbaycan Bolqarıstan üçün Cənubi Qafqazda və Qara dəniz regionunda strateji tərəfdaşdır - Rumen Radev

Bakı. Trend:

Bolqarıstan Prezidenti Rumen Radev iqlim dəyişikliyi vəAzərbaycanla ikitərəfli münasibətlərlə bağlı “Caspian Energy”jurnalına müsahibə verib.

Trend xəbər verir ki, bubarədə Bolqarıstan xəbər agentliyi (BTA) məlumat yayıb.

Bildirilib ki, nəşrin sonuncu nömrəsi Azərbaycanın Bakıdakeçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasına həsr olunub.

Azərbaycanın Bolqarıstan üçün Cənubi Qafqazda və Qara dənizregionunda etibarlı strateji tərəfdaş olduğunu vurğulayan RumenRadev son illərdə iki ölkə arasında aparılan intensiv siyasidialoqların münasibətlərin daha da dərinləşməsinə sübut olduğunuqeyd edib.

O, iqlim dəyişikliyinə vaxtında reaksiya verərək ölkələrindayanıqlığını gücləndirmək üçün əməkdaşlığa ehtiyac olduğunu qeydedib.

Bolqarıstan və Azərbaycan arasında əlaqələrin inkişafıpotensialı ilə bağlı suala cavab olaraq Rumen Radev may ayındaPrezident İlham Əliyevlə Bakıda imzalanmış “Azərbaycan Respublikasıilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığıngücləndirilməsi haqqında Birgə Bəyannamə”nin tərəfdaşlığınmiqyasını genişləndirdiyini bildirib. O, SOCAR-ın ofisinin Sofiyadaaçılmasının müsbət addım olduğunu vurğulayıb.

Bolqarıstan Prezidenti biznes strukturları arasında əlaqələrintəşviq edilməsinin zəruriliyini və yüksək texnologiyalı sənaye,pilotsuz uçuş aparatları, avtomobil sektoru və təmiz texnologiyalarsahəsində uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıqəlaqələrinin inkişaf etdirilməsi perspektivlərini də qeyd edib.

Chosen
6
2
az.trend.az

3Sources