EN

Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib, istilik dalğaları çoxalıb - Nazir müavini

Bakı. Trend:

Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib.Ötən il bizdə 147 hadisə qeydə alınıbsa, bu ilin ötən dövründəonların sayı artıq 109-dur. İqlim Dəyişmələri üzrə HökumətlərarasıPanelin son hesabatlarında istilik dalğalarının tezliyində vəmüddətində artım qeyd olunur. Azərbaycanda da istilik dalğalarıçoxalıb.

Trend xəbər verir ki, bunuekologiya və təbii sərvətlər nazirinin müavini Umayra TağıyevaCOP29-da “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının vəTəhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrəyüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiyaİnstitutunun, Səhiyyə Nazirliyinin və Ekologiya və Təbii SərvətlərNazirliyinin birgə tədqiqatları, metodologiyanın işlənibhazırlanması və əlaqələndirilmiş işi yeni növ məhsulun, yənitibbi-meteoroloji proqnozların və xəbərdarlıqların buraxılması üçünəsas olub.

Bu proqnozlar həm ürək-damar xəstəliklərindən əziyyət çəkənmeteohəssas insanlar, həm də bütövlükdə əhali üçün hazırlanıb. İstidövrdə istilik dalğalarının başlaması barədə erkən xəbərdarlıqistivurma və günvurma diaqnozu ilə təcili yardım çağırışlarınınsayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. İsti günlərinsayının artmasına baxmayaraq, əhalinin məlumatlandırılmasınəticəsində əvvəlki dövrlə müqayisədə təcili tibbi yardımamüraciətlərin sayı xeyli azalıb", - deyə nazir müavinibildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
19
8
az.trend.az

10Sources