EN

Bayden həyat yoldaşının onu hədələməsindən danışdı: "Məni kosmosa göndərmək istəyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Co Bayden bəzən onu kosmosa göndərməklə hədələyən həyat yoldaşı Cil Baydenin təhdidlərindən danışıb.
Oxu.Az-ın "New York Post"a istinadən xəbərinə görə, bu barədə o, Peru Prezidenti Dina Boluarte ilə görüşündə bildirib.
"Hər dəfə həyat yoldaşım mənim əldən düşdüyümü düşünəndə deyir ki, ona (NASA rəhbəri Bill Nelsona - red.i) zəng edəcək və məni kosmosa göndərməsini istəyəcək", - deyə Bayden bəhs edib.
Onun bu sözləri zaldakı iştirakçılar tərəfindən gülüşlə qarşılanıb.
O, həmçinin qeyd edib ki, NASA-nın bu ideyanı dəstəkləyəcəyindən ehtiyat edir.
Bayden eyni zamanda Cənubi Amerika ölkəsinin rəhbərinə ABŞ və Peru arasında kosmosun tədqiqi sahəsində əməkdaşlığa görə təşəkkür edib.
Chosen
43
50
oxu.az

10Sources