EN

“Osimheni istəyən çoxdur” – “Napoli” rəsmisi

“Napoli”nin idman direktoru Covanni Manna icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhenlə bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funksioner nigeriyalı hücumçuya təkliflər olduğunu deyib:

“Napoli” transfer danışıqları aparmağı düşünmür. Oyunçunun sərbəstqalma məbləği var və bu, 75 milyon avrodur. “Qalatasaray”ın bu qədər büdcəsi yoxdur. Osimheni istəyən çoxdur”.

Osimhen bu mövsüm Super Liqada 6 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Chosen
18
futbolpress.az

1Sources