EN

Zəfər parkı tarixi Qələbəmizin simvoludur

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Bakının ən gözəl ərazilərindən birində yaradılmış möhtəşəm Zəfər parkı bizim 30 ildən sonra qazandığımız ərazi bütövlüyünün, qələbə uğurumuzun və Zəfər tariximizin daha bir abidəsi kimi qiymətlidir.   

Noyabr ayının 8-də Zəfər parkının açılışında iştirak edən cənab Prezident çıxış zamanı çox ciddi məsələlərə toxunaraq tək 44 günlük qələbəyə deyil bütövlükdə ötən əsrin 90-cı illərindəki hadisələrə bir daha aydınlıq gətirmişdir.  

Ölkə başçısı əvvəlcə Zəfər günümüz münasibətilə xalqımızı təbrik edib və diqqətə çatdırmışdır ki,  44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.  

Daha sonra çıxışında onu da vurğulamışdır ki, torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik.  

Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir.  

2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyən düşməni biz bu gün “Qarabağ Azərbaycandır” deməyə və bir daha unutmamağa məcbur etdik. Öz xoşu ilə yox. Dəmir yumruq hesabına. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Chosen
44
3
yeniazerbaycan.com

4Sources