EN

Xaməneiyə 3 nəfər varis seçilib

Ekspertlər Şurasının təşkil etdiyi gizli komissiya ölkə rəhbəri Əli Xaməneidən sonrakı dövr üçün 3 nəfəri araşdırıb, seçib və prioritetləşdirərək, onların rəhbərlik qabiliyyətlərini təsdiq edib.

Bunu Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvi deyib.

O, bunun İran rəhbəri Əli Xaməneinin istəyi və tapışırığı əsasında həyata keçirildiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Əli Xaməneinin mümkün varisi barədə müxtəlif fərziyyələr irəli sürülüb.

Mümkün namizədlər arasında Əli Xaməneinin oğlu Müctəba Xaməneinin adı daha çox hallanıb.

Qeyd edəki ki, Müctəba Xamənei SEPAH və hakimiyyətin radikal mühafizəkar qanadı arasında nüfuza malikdir.

Onun və başçılıq etdiyi qrupun ölkənin bir sıra əhəmiyyətli iqtisadi müəssisələrinə nəzarət etdiyi, geniş maliyyə şəbəkəsinə malik olduğu bildirilir.

visiontv.az



Chosen
25
visiontv.az

1Sources