Bakıda COP29 çərçivəsində “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə COP29-un iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, digər özəl və dövlət qurumların nümayəndələri iştirak ediblər.