Tərtərdə polis nəfəri vəfat edib.
Bu barədə Gundem.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.