Bakı. Trend:
İqlim dəyişikliklərinə uyğunlaşma üzrə qlobal səylərgücləndirilməlidir.
Trend xəbər verir ki, bunuÜmumdünya Meteorologiya Təşkilatının (WMO) baş katibi Selesta Saulo"Dayanıqlığın artırılması üçün iqlim məlumatı sistemlərinin vəçoxprofilli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi"mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə bildirib.
“Biz burada COP29 çərçivəsində ortaq məqsəd üçün bir arayagəlmişik – qlobal istiləşməni 1,5 dərəcə səviyyəsindəməhdudlaşdırmaq səylərini qorumaq. Bu, sadəcə bir məqsəd deyil,planetimiz və hamımız üçün xilasedici halqadır”, - deyə SelestaSaulo vurğulayıb.
O, 1,5 dərəcə həddinin müvəqqəti olaraq keçilməsi təcilitədbirlər görülməsinin vacibliyini xatırladan narahatedici birxəbərdarlıq olduğunu qeyd edib.
O vurğulayıb ki, emissiyaların azaldılması üzrə birgə səylər buhədəfi əlçatan saxlamaq üçün kifayət qədər güclü olmalıdır.
“Lakin bu həddin aşağıda saxlanılmasına nail olsaq belə, iqlimdəyişiklikləri əhəmiyyətli uyğunlaşma tədbirlərini tələb edir.Erkən xəbərdarlıq sistemlərinə universal çıxış yalnız ehtiyattədbiri deyil, həyati əhəmiyyətli bir zərurətdir”, - Selesta Saulodeyib.
S.Saulo, "Hamı üçün Erkən Xəbərdarlıq" təşəbbüsünün uğurlarınıvurğulayaraq, dünyanın yarısından çoxunun, xüsusilə Afrikada, LatınAmerikasında və Karib hövzəsində çoxprofilli erkən xəbərdarlıqsistemlərini tətbiq etdiyini bildirib. O, həmçinin bu proqramçərçivəsində Azərbaycanın təsdiqlənmiş layihəsini ilhamverici birnümunə kimi qeyd edib.
“Efiopiya, Fiji, Pakistan, Somali və Tonqa kimi ölkələrin əldəetdiyi irəliləyiş beynəlxalq əməkdaşlığın işlədiyini göstərir. Bizhəmçinin qlobal Cənub ölkələri arasında əməkdaşlığın gücləndiyinigörürük ki, bu da məqsədlərimizə nail olmaq üçün xüsusiləvacibdir”, - deyə baş katib əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.