"İqlimin mühafizəsi aktual problemlərdən biridir. Birgə mübarizə olmadan onların həlli mümkün deyil". SİA xəbər verir ki, bu sözləri Tacikistan Nümayəndələr Palatasının sədri Məhmədtair Zokirzadə deyib.
O bildirib ki, bu çağırışlar müxtəlif ölkələrdə, o cümlədən Tacikistanda dayanıqlı inkişafa nail olmaqda ciddi problemlər yaradır: "Təcili praktik tədbirlər görməliyik, bərpaolunan enerjidən istifadə və yaşıl enerjiyə keçid etməliyik. Bəzi ölkələrdə bunun üçün resurslar çox böyükdür. Bərpaolunan enerji mənbələrindən istifadə yaşıl iqtisadiyyatın inkişafına yaxşı təsir göstərəcək. COP29-da qəbul edilən qərarlar milli, regional və beynəlxalq səviyyədə əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək".
Müəllif: Söylü Ağazadə