EN

Ukraynada mobilizasiya ilə bağlı çətinliklər: Zelenskinin bəyanatı – ÖZƏL

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə mobilizasiya səviyyəsinin kifayət qədər olmadığını bildirib. 

Olaylar.az xəbər verir ki, Prezidentin sözlərinə görə, mövcud qanun çərçivəsində briqadaların tərkibinin tamamlama prosesi ləng gedir, bu isə xüsusilə şərq cəbhəsindəki Ukrayna Silahlı Qüvvələrinin tükənməsi və rotasiya ehtiyacını artırır.

Zelenski şərqdəki vəziyyətin mürəkkəb olduğunu vurğulayaraq, Rusiya Silahlı Qüvvələrinin irəliləməsini təsdiqləyib. O, bu vəziyyəti qismən Qərb ölkələrindən silah tədarükündəki gecikmələrlə əlaqələndirib.

"Rusların müxtəlif səbəblərdən irəliləyişi yavaş-yavaş davam edir," - deyə Zelenski qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
25
olaylar.az

1Sources