EN

“Heç yerə qaçmamışam”- Abxaziya lideri ultimatum verdi

Abxaziya lideri Aslan Bjaniya Tamış kəndindəki məktəbdə tərəfdarları ilə görüşə gələrək müxalifətin hökumət binalarını tərk etməsindən sonra yeni seçkilər keçirməyə hazır olduğunu bildirib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Eyni zamanda o, 2014-cü il ssenarisi üzrə Abxaziyada hakimiyyətin devrilməsinin təkrarlanması cəhdini də istisna edib.

“2014-cü ildəki kimi hakimiyyəti ələ keçirə bilməyəcəklər. Mən heç bir yerə qaçmamışam, Abxaziyadayam və heç yerə getməyə hazırlaşmıram. Mən buraya prezidentliyi qorumaq üçün gəlməmişəm. Binanı ələ keçirənlər oranı tərk etməlidirlər”, – Bjaniya deyib.

O, həmçinin vaxtından əvvəl istefa verəcəyi təqdirdə Abxaziyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

Daha əvvəl müxalifət liderlərindən Levan Mika Aslan Bjaniyanın qaçdığını demişdi. Onun sözlərinə görə, siyasətçinin harada olduğu məlum deyil və bu fakta görə iqtidarla müxalifət arasında danışıqlar dayandırılıb.

Azpost.info

Chosen
30
azpost.info

1Sources