EN

"Prezident"i yola gətirirlər, o, istefa verəcək... - Abxaziyada son durum

Abxaziya “prezident”i Aslan Bjaniya vaxtından əvvəl istefa verəcəyi təqdirdə seçkilərdə öz namizədini irəli sürəcək.

Teleqraf.com xəbər verir ki, o, istefa verməyə hazır olduğunu bildirib.

“Mən seçkilər təyin etməyə, istefa verməyə və seçkiyə getməyə hazıram, qoy insanlar kimə dəstək verəcəklərini desinlər”, - Bjaniya söyləyib.

Abxaziya “İctimai Palata”sından Bjaniyaya dəstək gəlib. Palatadan bildirilib ki, “prezident” istefasından sonra namizədliyini irəli sürəcəyi təqdirdə bu qurum tərəfindən dəstəklənəcək.

Bir neçə gündür Abxaziyada separatçı rejimə qarşı kütləvi etiraz aksiyası keçirilir. Buna Moskva ilə imzalanmış “İnvestisiya fəaliyyəti haqqında saziş”i ratifikasiya planı səbəb olub. Müxalifət qondarma qurumu sözügedən qanundan imtina etməyə çağırır.

Gürcüstan hökuməti Abxaziyada baş verənləri burada hökm sürən işğalçı rejimlə əlaqələndirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
27
teleqraf.com

1Sources