EN

Bir çox NDC-lər son məlumatlar nəzərə alınmadan hazırlanır - Pablo Vieyra

Bakı. Trend:

Bir çox yeni Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sonməlumatlar nəzərə alınmadan hazırlanır.

Trend xəbər verir ki, bunuNDC Tərəfdaşlığının direktoru Pablo Vieyra COP29 çərçivəsindəAzərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU)tərəfindən birgə təşkil olunan Parlament Görüşü zamanı “İqlimöhdəliklərinin reallığa çevrilməsi: Parlamentlərin təsirlərinyumşaldılması və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyatakeçirilməsində rolu” mövzusunda keçirilən sessiyada bildirib.

“Bir çox yeni NDC son illərdə baş verənlər nəzərə alınmadanhazırlanır. Bizim üzvlərimiz vasitəsilə təmin etdiyimiz dəstəkformalarından biri də ilk iki NDC raundu üzrə, demək olar ki,onillik öhdəliklərin yekunlaşdırılmasıdır. Görüləsi çox iş var vəhökumətlərin öhdəliklərini yerinə yetirmə məsuliyyətiningücləndirilməsi qlobal səviyyədə diqqət tələb edən əsas vəzifədir”,- deyə Vieyra vurğulayıb.

O əlavə edib ki, ölkələr iqlim tədbirlərinə sadiqliyi təminetməli, o cümlədən, gələn il təqdim olunması planlaşdırılanNDC-ləri hazırlamalıdırlar.

“İqlim tədbirlərinin irəliləməsi və maliyyələşmənin səfərbəredilməsi üçün uyğun siyasət, qanunvericilik və tənzimləməçərçivəsi, həmçinin, koordinasiya, potensial və şəffaflıq təminedilməlidir”, - deyə P.Vieyra qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədriSahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources