Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa Kubokunda bu gün növbəti matçını keçirib.
“Far.Az” xəbər verir ki, təmsilçimiz yarışın III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gəlib.
Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 20:33.
Komandalar arasında cavab oyunu sabah eyni məkanda baş tutacaq.