EN

Ronaldo karyerasını nə zaman bitirir? - Özü dedi

Portuqaliya millisinin forvardı Kristiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı suala şərh verib.

39 yaşlı hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan - dubl etdiyi qarşılaşmadan (5:1) sonra bunları söyləyib:

"Mən sadəcə həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vurmağı düşünəcəm". (offsideplus.az)

Chosen
31
5
musavat.com

7Sources