EN

Bəzi ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Monqolustanın Dornoqovi vilayətində keçilərin yoluxucu plevropnevmoniyası, Lixtenşteyn Knyazlığının Ruqqеll şəhərində, Liviya Dövlətinin Əl Mərqab dairəsində, Çex Respublikasının Ustetsk, Plzen, Liberets, Cənubi Çexiya, Vısoçina, Orta Çexiya diyarlarında blutanq, Fransa Respublikasının Overn-Rona-Alplar, Yeni Akvitanya regionlarında, Türkiyə Respublikasının Afyonqarahisar vilayətində, Bolqarıstan Respublikasının Yambol vilayətində, Macarıstanın Baranya kantonunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə NOCOMMENT.aza Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Dornoqovi vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, həmçinin onlara aid genetik materialların idxalına, habelə həmin heyvanların Azərbaycan ərazisindən tranzitinə, Ruqqеll şəhərində, Əl Mərqab dairəsində, Ustetsk, Plzen, Liberets, Cənubi Çexiya, Vısoçina, Orta Çexiya diyarlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına məhdudiyyət qoyulub. Həmçinin Overn-Rona-Alplar, Yeni Akvitanya regionlarında, Afyonqarahisar vilayətində, Yambol vilayətində, Baranya kantonunda xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Chosen
53
2
nocomment.az

3Sources