EN

COP29-a görə müvəqqəti fəaliyyəti dayandırılan daha iki marşrut bərpa edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha iki avtobus marşrutunun fəaliyyətini bərpa edir. AYNA-dan SİA-ya bildirilib ki, noyabrın 18-dən başlayaraq hərəkət sxemləri bərpa ediləcək marşrutlar 4 və 10 nömrəli marşrutlardır.

“Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək”, - deyə AYNA-nın məlumatında bildirilir.

Chosen
34
4
sia.az

10Sources