EN

Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı

ABŞ Konqresinin ermənipərəst üzvü Frank Pallone BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlib.

Editor.az  Trend-ə istinadla xəbər verir ki, ermənilərə qarşı xüsusi sevgisi ilə tanınan F.Pallone COP29-un keçirildiyi Bakı Olimpiya Stadionuna gələrkən, orada jurnalistlərin sual atəşinə məruz qalıb.

Jurnalistlər erməni lobbiçisinə sərt suallar ünvanlayaraq, onun mövqeyinin “qiymətini” öyrənməyə çalışıblar.

Lakin jurnalistlərin haqlı olaraq səsləndirdikləri suallar F.Palloneyə, bəlli ki, narahatlıq verib. O, heç bir suala cavab vermədən jurnalistlərdən uzaqlaşıb.

Chosen
2
5
editor.az

10Sources