EN

COP29 Azərbaycan həm də davamlı inkişaf strategiyasının bir hissəsidir- Özə

"Azərbaycan dünyanın ən mötəbər tədbiri olan COP29-u yüksək səviyyədə təşkil edib. COP29-a ev sahibliyi faktoru ölkəmizin fəal rolunun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29 Azərbaycan üçün həm də davamlı inkişaf strategiyasının bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün mühüm platformadır. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirir". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib:
"COP29-un Liderlər Sammitinin açılışı mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycan geostrateji əhəmiyyətə malikdir. Ölkəmiz təkcə coğrafi baxımdan deyil, dünyanın müxtəlif ölkələri arasında mədəni, enerji, ticari və nəqliyyat körpülərin yaradılması baxımından da böyük önəmə sahibdir. Eləcə də, Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Avrasiyanın enerji təhlükəsizliyini təmin edir, eləcə də, çoxtərəfli əməkdaşlıq formatları yaradır. Bütün bunlar Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi rolunu gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources