EN

Prezidentin köməkçisi: COP29-dakı rəqabət mühitində Azərbaycanın informasiya resursları çox qabaqcıl mövqelərdədir

APA informasiya agentliyinin yaranmasının 20-ci ildönümü ilə bağlı agentliyin rəhbərliyi başda olmaqla bütün kollektivi səmimi qəlbdən və ürəkdən təbrik edirəm. APA informasiya agentliyi Azərbaycan Respublikasının informasiya məkanında öz xüsusi çəkisi, rolu olan media strukturudur”.

Bunu APA-ya müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev APA-nın informasiyalarının təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmadığını qeyd edib: “APA geniş bir informasiya məkanını əhatə edir, regionda, eyni zamanda, regiondan kənarda informasiya axınının formalaşmasında öz xüsusi yeri var. Biz həm də dünyanın aparıcı media orqanlarının APA-ya artan istinadlarını görürük. Belə desək, geniş bir anlamda APA informasiya agentliyinin ölkəmizin, həmçinin geniş bir regionun informasiya axınının və informasiya məkanının formalaşmasında öz rolu var. Bu da ağır zəhmətin, intensiv işin nəticəsidir. Bütün kollektivə gələcək işlərində uğurlar arzulayıram”.

Prezidentin köməkçisi vurğulayıb ki, bu gün COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan mediası, o cümlədən APA informasiya agentliyi digər media strukturları ilə çiyin-çiyinə, dünya mediası ilə birlikdə bu tədbirin işıqlandırılmasında yaxından iştirak edir: “Bildiyiniz kimi, informasiya məkanında da ciddi rəqabət var. Bu tədbirdə də informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsində öncülük prinsiplərinə əsaslanaraq bir sağlam rəqabət mühiti var. Bu rəqabət mühitində də Azərbaycanın informasiya resursları çox qabaqcıl mövqelərdədir. Sizi buna görə də ayrıca təbrik etmək istərdim”.

Chosen
28
apa.az

1Sources