EN

Rusiya ilə dialoqdan imtina etdilər – Döyüş meydanını göstərdilər

Rusiya ABŞ-ın yeni Prezidenti Donald Trampın dövründə mümkün sülh danışıqları ərəfəsində Kursk vilayətinə tam nəzarəti bərpa etmək istəyir, amma Ukrayna bundan imtina edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

ABŞ nəşri bildirir ki, Rusiya Kursk məsələsinin mümkün danışıqlarda təzyiq rıçaqlarından birinə çevrilə biləcəyini anlamağa başlayıb. Buna görə də Kreml regionu öz nəzarətinə qaytararaq, güclü mövqedən dialoqa girmək istəyir.

Ukrayna ordusu avqustda 1500 kvadrat kilometrə qədər Rusiya ərazisini ələ keçirib. O vaxtdan bəri əks-hücum əməliyyatları keçirən Rusiya bölgəyə tam nəzarəti bərpa edə bilmir.

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya bu məqsədlə Kurska 10 min Şimali Koreya hərbçisi göndərib. Əsas əks-hücumlardan biri Trampın ABŞ prezidenti postuna seçilməsindən dərhal sonra həyata keçirilib.

Nəşr rusların son əks-hücumlarının da effektli olmadığını vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
34
1
teleqraf.com

2Sources