“Azərbaycan xalqı çox mehriban, diqqətli və yardımsevərdir. Bakıda bəzən yolu azarkən bizə hara getməli olduğumuzu göstərirlər. Konfransın özü də çox yaxşı təşkil olunub. Burada çox adam var. COP29 çox məşhur bir konfransdır”.
Bunu Modern.az-a ekskuliziv açıqlamasında COP29 konfransının iştirakçısı Filip Makmaster bildirib.
“Mənim adım Filip Makmasterdir. Əslində, mənim adım Sustain-a-Clause, Davamlı Şaxta babadır. Mən sizə Azərbaycanda keçirilən konfransdan aldığım təəssüratları demək istəyirəm.
Avropa Birliyi, Argentina, Fransa kimi bəzi ölkələr bu konfransda iştirak etmirlər. Bu yaxşı hal deyil, kədərlidir, lakin onlar üçün kədərlidir, bizim üçün yox.
Azərbaycan konfransın yüksək səviyyədə keçməsi üçün ev sahibi olaraq əlindən gələni edir və yaxşı işlər görür, təədssüf ki, dünyanın bəzi dövlətləri bunu görmək istəmir. Bu, ilk növbədə, nəzakətlilik deyil, doğru yanaşma sayıla bilməz. Bizim burada hələ bir həftəmiz var, çox şeylər edə bilərik. Sadəcə olaraq, danışıqlar aparanların iradəsi lazımdır. Ölkələr yaxşı niyyətlə gəlməli və ekoloji problemlər, uşaqlar üçün düzgün qərarlar qəbul etməlidirlər”.
Tünzalə Abbas