Sabah (Bakı) – Kəpəz (Gəncə) 2:2 (1:1)
1. Yusif İmanov - 5,5
10. Namik Ələskərov – 5,0
(9. Anatoli Nuriyev, 61) – 4,5
4. Elvin Camalov (k) – 6,0
2. Amin Seydiyev – 6,0
6. Abdullax Xaibullayev – 5,5
(77. Şakir Seyidov, 85) – qiymətsiz
7. Boyan Letiç – 5,0
18. Pavol Safranko - 6,0
40. İqor Noqeyra – 5,5
70. Cesse Sekidika – 6,0
(88. Xəyal Əliyev, 66) – 4,5
3. Con İrasabal – 6,0
11. Kahim Parris – 6,5
(17. Tellur Mütəllimov, 85) – qiymətsiz
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
8. Ayaz Quliyev
5. Rəhman Daşdəmirov
22. Abdulla Rzayev
44. Sofian Çakla
99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç
Komandanın ən yaxşısı: Kahim Parris
1. Rojerio Santos – 6,0
11. Orxan Əliyev – 5,5
(70. Nicat Süleymanov, 58) – 6,5
12. Turan Manafov – 6,0
5. Rauf Hüseynli – 6,0
21. Camal Cəfərov – 5,0
(7. Ehtiram Şahverdiyev, 46) – 5,5
26. Valdemar Almeyda – 5,5
(19. Lassana Ndiaye, 86) – qiymətsiz
9. Luis Paçu – 6,0
29. Dioqo Verdaska – 5,5
78. Yeqor Xvalko (k) – 6,0
3. Mahamadu Ba – 6,0
77. Viktor Braqa – 5,5
(10. Karim Lkoça, 58) – 5,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
2. İlkin Qırtımov
80. Tural Rzayev
20. Mahir Həsənov
17. Ümid Səmədov
97. Nicat Məmmədov
Baş məşqçi: Azər Bağırov
Komandaın ən yaxşısı: Nicat Süleymanov
Qollar: O.Əliyev, 4 (0:1). O.Əliyev, 32-öz qapısına (1:1). K.Parris, 73 (2:1, A.Nuriyev). N.Süleymanov, 89 (2:2, E.Şahverdiyev).
Vərəqələr: İ.Noqeyra, 90+3 (qeyri-idman hərəkəti). L.Paçu, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
9 noyabr. Bakı. “Bank Respublika Arena”. 1100 tamaçaşı (8700 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.
Bu oyun ərəfəsində komandaların düşərgəsində fərqli əhval-ruhiyyə hökm sürürdü. Bir tərəfdə 5 turdu qələbəyə həsrət qalan “Sabah”, digər tərəfdə isə əvvəlki turda “Səbail”i məğlub edən, Şahin Diniyevi istefa göndərən Azər Bağırovun “Kəpəz”i var idi.
Sadə bir vəziyyətdə “Sabah”ın futbolçuları səhvə yol verdi və “Kəpəz” hesabı açdı. 4-cü dəqiqədə İrasabal topu Letiçə ötürdü, onun qeyri-dəqiq ötürməsindən sonra topu ələ keçirən Orxan Əliyev qapıya dəqiq zərbə vurdu. Təbii ki, “bayquşlar” hesabı bərabərləşdirmək üçün irəli atıldı. Amma qolu onlar yox, yenə Orxan vurdu – sadəcə, bu dəfə “qapıların yerini səhv saldı”. 32-ci dəqiqədə qonaq futbolçular Seydiyevin qapı qarşısına ötürməsini uzaqlaşdıra bilmədi. Topu qəbul edən Xaibullayev zərbə vurmaq istəsə də, Orxan Əliyev onun əvəzinə bu işi gördü – 1:1. “Sabah” qoldan sonra da yetərincə fəal idi, hücumlar qururdu. 2-ci hissə də meydan sahiblərinin üstünlüyü şəraitində davam etdi. 67-ci dəqiqədə Parrisin zərbəsindən sonra Rojerio topu küncə çıxarmağı bacardı.
73-cü dəqiqədə isə Seydiyev – Nuriyev – Parris kombinasiyasını sonuncu dəqiq zərbə ilə bitirdi – 2:1. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində davam etdi. “Kəpəz”dən Ba, “Sabah”dan isə Şafranko hesabı dəyişə bilərdi. 89-cu dəqiqədə hesab bərabərləşdi. Rojerio hücumu başladı, Paçu Ehtirama ötürmə verdi, onun cərimə meydamçasına asmasını isə Nicat tamamladı. Bu epizodda Yusif İmanovun nə etmək istədiyi də aydın olmadı. Beləliklə, “Sabah” ardıcıl 6-cı matçda qələbəyə həsrət qaldısa, “Kəpəz” bu dəfə də məğlub olmadı.
Gözdən qaçmadı
* Matçdan öncə könüllülər stadiona gələn azarkeşlərə bayraq hədiyyə edirdi.
* 53-cü dəqiqədə “Kəpəz”in baş məşqçisi Azər Bağırov hakimin qərarına etiraz etdiyinə görə sari vərəqə aldı.
ƏSƏD SEYİDOV