EN

Şols Putinə zəng etdiyinə görə tənqid edildi

Xristian Demokrat və Xristian Sosial Birliklərinin Bundestaqdakı fraksiyasının xarici siyasət üzrə eksperti Yurgen Hardt Almaniya kansleri Olaf Şolsu Rusiya prezidenti Vladimir Putinə zəng etdiyinə görə tənqid edib.

Paralel.az xəbər verir ki, bu barədə Deutschlandfunk radiostansiyası məlumat yayıb.

Ekspertin sözlərinə görə, Şols Rusiyaya heç bir konkret təklif verməyib, hətta ultimatum da təqdim etməyib. O, bunun“gücdən çox zəiflik” kimi qəbul ediləcəyini bildirib.

Almaniya Sosial Demokrat Partiyasının baş katibi Matias Mirş kansleri müdafiə edərək çıxış edib. O, radiostansiyaya müsahibəsində deyib ki, Ukraynadakı vəziyyətdə “hamı diplomatik irəliləyiş əldə etməkdə maraqlı olmalıdır”. Bundan başqa, siyasətçi Ukrayna Silahlı Qüvvələrinə “Taurus” qanadlı raketlərinin tədarükünün mümkünlüyünə şübhə ilə yanaşıb.

Elvin

Paralel.az

Chosen
7
3
paralel.az

4Sources