EN

Cüdo yığmamız Avropa çempionatını 5 medalla başa vurdu

Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında təşkil olunmuş Avropa çempionatında şəxsi mübarizəyə yekun vurulub.

Arena.az xəbər verir ki, Azərbaycan yığması yarışın ikinci günündə cəmi 1 medal qazana bilib.

81 kq çəki dərəcəsində yarışan Ömər Rəcəbli bürünc medala sahib çıxıb. O, medal uğrunda görüşdə israilli Yaniv Aqaranova qalib gəlib. Eyni uğuru Kənan Nəsibov (+100 kq) təkrarlaya bilməyib. Cüdoçumuz estoniyalı rəqibinə uduzaraq, bürünc qazanmaq şansını qaçırıb.

Nəticədə yığmamız Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc qazanıb.

Xatırladaq ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl medal qazanmışdılar. Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürüncə yiyələnib.

Azərbaycan yığması Avropa çempionatında komanda hesabında 3-cü yeri tutub.

Gürcüstan (3-1-1) yarışı birinci, Niderland isə (2-2-1) ikinci pillədə başa vurub.

Qeyd edək ki, çempionatda komandamız 15 cüdoçu ilə təmsil olunub.

Chosen
12
31
arena.az

10Sources