EN

Filippində güclü qasırğa təhlükəsi: 650 mindən çox insan təxliyə olunub

Filippində şərti adı "Man-Yi Super Tayfunu" olan güclü qasırğa ölkədə böyük qorxu yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumət insan tələfatının qarşısını almaq üçün bölgədə azı 650 min insanı köçürüb.

Məlumata görə, bir çox qatar və təyyarə reysləri də təxirə salınıb: "Artıq sahil bölgələrində dalğanın hündürlüyü 48 metrə yüksəlib. Dağlğanın sahil yaşayış massivlərində böyük təhlükələrə yol açacağı gözlənilir. Bununla yanaşı, güclü yağışların selə keçəcəyi istisna deyil.  Həm bu, həm də torpaq sürüşməsi ehtimallarına qarşı mülki müdafiə qüvvələri hazır gözləyirlər"

Zülfiyyə

MİA.AZ

Chosen
57
mia.az

1Sources