EN

Ankarada torpaq sürüşməsi: 10 mərtəbəli bina boşaldılıb



Türkiyənin paytaxtı Ankara şəhərində torpaq sürüşməsi olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Ankaranın Elmadağ rayonunda qeydə alınıb.

Yaxınlıqdakı tikintinin genişləndirilməsi üçün qazılan torpaq gecə saatlarında yağan yağış səbəbindən sürüşüb. Tikinti sahəsinin üstündəki 10 mərtəbəli bina boşaldılıb.

Sürüşmə nəticəsində yuxuda qalan vətəndaşlar səsləri eşitdikdən sonra özlərini çölə atıblar. Qarşılaşdıqları mənzərə qarşısında heyrətə gələn vətəndaşlar gecəni qorxu içində çöldə keçiriblər. Bəzi vətəndaşlar gecəni qohumlarının evində və maşınlarında keçiriblər.

Mehman Mehdiyev
Chosen
56
50
newscenter.az

10Sources