EN

“Neftçi”ylə oyundan sonra...” – Düz sözü söyləməkdən çəkinmədi

Mili komandaların oyunları ilə bağlı yaranmış fasilə bəzi komandaların planlarını pozsa da, bəzilərinin işinə yarayıb.

Belələrindən biri də “Şamaxı”dır.

Sonuncu dəfə sentyabrın 20-də “Kəpəz”i məğlub edən, o vaxtdan bu yana keçirdiyi 6 oyunda qələbəyə həsrət qalan, “Neftçi”ylə dueldə kifayət qədər güc sərf edən, gələn həftə “Sumqayıt”la üz-üzə gələcək bölgə təmsilçisi üçün iki həftəlik müddət göydəndüşmə fürsətdir.

Komandanın portuqaliyalı qapıçısı Rikardo Fernandeş Sportinfo.az- açıqlamasında çempionatdakı fasiləni şərh edib:

“Neftçi”ylə oyundan sonra həqiqətən istirahətə ehtiyac vardı. Çox güc sərf etdik, müəyyən yorğunluq yarandı.

Üstəlik, qarşıda bizi əsas rəqiblərimizdən olan “Sumqayıt”la vacib matç gözləyir. Bu da çox çətin oyun olacaq deyə, yaxşı hazırlaşmağa gərək var.

Son həftələrdə qələbə qazana bilmirik. Uğursuz seriyadan çıxmaq üçün daha çox çalışmalı, taktiki-texniki hazırlığı yaxşılaşdırmalıyıq.

Ümid edirəm ki, fasilənin bizə ciddi faydası olacaq”.

13 turdan sonra aktivində 13 xal olan şamaxılılar eyni xala sahib “Sumqayıt”la 6-7-ci yerləri bölüşür.

HƏBİB

Chosen
24
sportinfo.az

1Sources