EN

"Müsəlmanlar narahatdır: Tramp ABŞ-ı sionist rejiminə çevirir" - "Reuters"

"Bu, sülhə doğru hərəkət edəcəyini vəd edən Trampın açıq-aşkar iflasıdır..."
 
ABŞ-ın Kamala Harrisin əleyhinə səs verən ərəb sakinləri buna görə təəssüf hissi keçirir...
 
ABŞ-ın seçkilərdə Donald Trampı dəstəkləyən müsəlman liderləri onun İsrailyönümlü kursundan dərin məyusluq keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, ABŞ-ın yeni administrasiyasında həddən artıq İsrail tərəfdarlarının olması müsəlman liderlərin xoşuna gəlmir.
 
"Tramp bizim sayəmizdə qalib gəlib və biz onun həlledici vəzifələrə təyinatlarından narazıyıq", - bunu Pensilvaniyada "Harrisdən imtina edin" kampaniyasına başçılıq edən və "Müsəlmanlar Trampa tərəfdardır" təşkilatının həmtəsisçisi Rabiul Çoudhuri deyib.
 
O cümlədən müsəlmanlar Dövlət katibi postuna əvvəllər HƏMAS-ı "vəhşi heyvan" adlandıran və İsrail ilə açıq şəkildə həmrəyliyini nümayiş etdirən Marko Rubionun təyinatından narazıdır.
 
Nəşr yazır ki, ümumiyyətlə, Trampın təyin etdiyi şəxslərin heç biri müsəlmanların xoşuna gəlmir. ABŞ-ın İsraildə səfiri postuna təyin ediləcəyi deyilən Mayk Hakabi İsrailin İordan çayının Qərb sahilinin işğalına dəstək verir və iki dövlət yaradılması qərarının həyata keçirilə bilməyəcəyini bəyan edir.
 
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olacaq Elis Stefanik BMT-ni "antisemitizm zibilliyi" adlandırıb və İsraili Qəzza müharibəsində dəstəkləyib. Pentaqonun mümkün rəhbəri Mayk Uots da İsrailyönümlü bəyanatlar verib. 
 
Amerikanın müsəlmanların cəlb edilməsi, hüquq və imkanlarının genişləndirilməsi üzrə şəbəkəsinin icraçı direktoru Rekşinaldo Nazarko administrasiyada fələstinliləri dəstəkləyənlərin olmamasından təəccübünü ifadə edib. "Biz çox məyusuq", - o, agentliyə bəyan edib.
 
"Görünür, yeni administrasiya insanlarla müharibə aparan İsrailin tərəfdarlarından formalaşdırılıb. Bu, sülhə doğru hərəkət edəcəyini vəd edən Trampın açıq-aşkar iflasıdır", - Nazarko əlavə edib.
 
"Abandon Harris" şirkətinin həmtəsisçisi Həsən Əbdül Salam öz növbəsində deyib ki, Trampın kadlarla bağlı planları gözlənilməz olmayıb, lakin "gözlənildiyindən "daha çox ekstremal" olub. "Görünür, o, açıq şəkildə sionist rejiminə keçir. Və görünən odur ki, bizim icmaya atış gəlinib".
 
Müsəlman liderlərinin Trampın təyinatları ilə bağlı məyusluğunun mahiyyətini izah edərkən agentlik yazır ki, onlar Bayden-Harrisin İsrailyönümlü kursunun dəyişəcəyinə və Qəzza və Livanda tezliklə müharibənin dayandırılmasına ümid edib.
 
Agentlik iddia edir ki, Tramp özünü sülh namizədi kimi göstərib, müsəlman əhalisinin çox olduğu yerlərə səfərlər edərək dəyişikliklər vəd edib.
 
Bununla birlikdə, müsəlmanların heç də hamısı Yaxın Şərqdə baş verənlərdən narahat deyil, ona görə də Trampın komandasının İsrailylyönümlü baxışları onları əndişələndirmir. 
 
Məsələn, Miçiqandan olan Rola Makki deyib: "Düşünürəm ki, hamı Trampın təyinatlarından məmnun olacaq, lakin vacib olanı nəticədir".
 
Hindular isə yəhudi dövlətinin vətəndaşları ilə həmrəylik nümayiş etdirib və Kəşmir müsəlmanlarına etiraz edib.
Chosen
56
moderator.az

1Sources