EN

Azərbaycan cüdoçuları AÇ-də 3-cü oldular

Azərbaycan cüdoçuları Polşanın Pila şəhərində keçirilən 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Futbolinfo.az xəbər verir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və qadınlar arasında 3-cü, kişilər arasında 4-cü yeri tutub.

Yarışda Azərbaycan 11 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunub.
Çempionatın ilk günündə qadınlar arasında Fidan Əlizadə qızıl medal (-57 kq.), Aydan Vəliyeva (-52 kq.) gümüş medal qazanıb. Kişilər arasında isə Hüseyn Allahyarov (-60 kq.) qızıl medal, Rüfət Şövlətov (-73 kq.) bürünc medal qazanıb.

Yarışın ikinci günündə kişilər arasında -81 kq. çəki dərəcəsində Ömər Rəcəbli üçüncü yer uğrunda görüşdə İsrail təmsilçisi Yaniv Aqronovu məğlub edərək bürünc medal qazanıb. +100 kq. çəkidə Kənan Nəsibov yarışı 5-ci yerdə tamamlayıb.

Cüdoçularımız 17 noyabrda çempionatın komanda yarışlarında iştirak edəcəklər.

Chosen
17
4
futbolinfo.az

6Sources