EN

Karbonsuz iqtisadiyyata keçid təşəbbüsləri

COP29 çərçivəsində Azərbaycanın PwC şirkətinin təşkilatçılığ ilə karbon emissiyalarının azaldılması çətin olan sənayelər üçün praktiki strategiyaları təqdim edən dekarbonizasiya üzrə ümumi səviyyəli sessiya keçirilib. Dekarbonizasiya mövzusunda keçirilən tədbir karbon emissiyalarının azaldılması çətin olan sənayelər üçün xalis sıfır hədəfə nail olunması yollarını müzakirə etmək məqsədilə Azərbaycanın polad, sement, tikinti və enerji sektorlarından olan aparıcı ekspertləri bir araya gətirmək məqsədi daşıyıb.

Sessiyada “Baku Steel Company”nin istehsalat direktoru Celal Öven, “NORM Cement” şirkətinin dayanıqlı inkişaf üzrə meneceri Elmar Məmmədov, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşov və SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev çıxış edərək Azərbaycanda karbon emissiyası yüksək olan sənayelərin üzləşdiyi çətinliklər və imkanlardan söhbət açıblar.

“PwC Türkiyə”nin partnyoru Akif Kocanın moderatorluğu ilə keçirilən panel müzakirəsində dekarbonizasiyaya kompleks yanaşmanın zəruriliyindən bəhs edilib. “Yaşıl iqtisadi modelə keçidə nail olmaq bizdən xammal və istehsal proseslərindən məhsul dizaynına və bazara hazırlığa qədər bütün dəyər zəncirini nəzərdən keçirməyi tələb edir” deyə, – o bildirib. Şirkət nümayəndəsinin sözlərinə görə, bu transformasiya dayanıqlı inkişafı təmin etmək üçün logistika, təkrar emal və istehsal kimi aspektlərin səmərəliliyinin artırılmasına yönəlmiş dairəvi iqtisadiyyat perspektivini özündə ehtiva etməlidir. O deyib ki, “yaşıl keçid” aparıcı yaşıl şirkətlər və yüksək karbon emissiya edən sənayelər arasında strateji rəqabət yolu ilə inkişaf edəcək uzunmüddətli bir prosesdir.

Sessiya zamanı bərpaolunan enerji, alternativ yanacaq növləri, elektrikləşdirmə, karbontutma və rəqəmsal həllərin tətbiqi də daxil olmaqla bir sıra karbonsuzlaşdırma üsulları dərindən təhlil edilib. Süni intellekt, peyk monitorinqi və dronlar kimi inkişaf etməkdə olan texnologiyalar karbon emissiyalarının izlənilməsi və azaldılması üçün effektiv vasitələr kimi vurğulanıb ki, bu da onların dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda artan rolunu nümayiş etdirir.

PwC-nin baş meneceri Günay Əsgərova şirkətlərə ESG profilini daha real qiymətləndirməyə kömək edə biləcək sənaye normaları və hesabatlılıq standartlarına dair praktiki məsləhətlər verib. O, şirkətin dekarbonizasiya məqsədlərinə çatmaqda əsaslandırılmış qərarların dəstəklənməsi üçün hesabatlılıq çərçivələrinin, iqlim dəyişmələri ilə bağlı risklərin və imkanların, müvaiq maliyyə açıqlamalarının və məlumatların keyfiyyətinin vacibliyini vurğulayıb.

 

Chosen
73
xalqqazeti.az

1Sources