EN

Almaniya UEFA Millətlər Liqasında 7 cavabsız qola sevindi

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə A, B, C və D Liqaları çərçivəsində 9 qarşılaşma baş tutub.

Azərbaycan millisinin Estoniya yığmasını qəbul etdiyi və ilk xalını qazandığı gündə Türkiyə milli komandası da meydana çıxıb. B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi evdə Uelslə üz-üzə gəlib. Bu oyunda da qapılara qol vurulmayıb.

A Liqasının 3-cü qrupunda Almaniya doğma meydanda Bosniya və Herseqovinaya 7 cavabsız qolla qalib gəlib. Niderland millisi isə Macarıstanla görüşdə 4 cavabsız qola sevinib.

C Liqasının 1-ci qrupunda millimizin rəqibləri İsveç və Slovakiya da münasibətlərə aydınlıq gətiriblər. Üç qolluq oyunda isveçlilər sevinən tərəf olublar.

UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turuna noyabrın 17-də start veriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
16 noyabr

A Liqası, 3-cü qrup

Almaniya – Bosniya və Herseqovina 7:0
Qollar: Musiala, 2. Kleyndienst, 23; 79. Haverts, 37. Virts, 50; 57. Sane, 66.

Niderland – Macarıstan 4:0
Qollar: Veqhorst, 21-pen. Qakpo, 45+12. Dumfris, 64. Kopmeyners, 86.

Xallar: Almaniya – 13. Niderland – 8. Macarıstan – 5. Bosniya və Herseqovina – 1.

B Liqası, 1-ci qrup

Albaniya – Çexiya 0:0

Gürcüstan – Ukrayna 1:1
Qollar: Mikautadze, 76 – Kvirkveliya, 7-öz qapısına.

Xallar: Çexiya – 8. Gürcüstan – 7. Albaniya – 7. Ukrayna – 5.

B Liqası, 4-cü qrup

Türkiyə – Uels 0:0

Monteneqro – İslandiya 0:2
Qollar: Oskarsson, 74. Yohannesson, 88.

Xallar: Türkiyə – 11. Uels – 9. İslandiya – 7. Monteneqro – 0.

C Liqası, 1-ci qrup

Azərbaycan – Estoniya 0:0

İsveç – Slovakiya 2:1
Qolar: Dyökereş, 3. İsak, 48 – Hansko, 19.

Xallar: İsveç – 13. Slovakiya – 10. Estoniya – 4. Azərbaycan – 1.

D Liqası, 2-ci qrup

Andorra – Moldova 0:1
Qol: Postolaçi, 90+2.

Xallar: Moldova – 9. Malta – 6. Andorra – 0.

Chosen
34
1
arena.az

3Sources