EN

Çin və ABŞ liderləri nüvə silahlarında süni intellektə insan nəzarətini təmin etməyə razılaşıblar

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpin Limadakeçirilən görüşdə nüvə silahları ilə bağlı qərarların süniintellekt (AI) vasitəsilə deyil, insan nəzarəti altında qalmasınınvacibliyi barədə razılığa gəliblər.

Trend-inməlumatına görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizliküzrə müşaviri Ceyk Sallivan şənbə günü açıqlama verib.

"Onlar nüvə silahlarından istifadə ilə bağlı qərarlara mütləqşəkildə insan nəzarətinin zəruriliyində razılaşıblar. Bu, ABŞ vəÇin arasında bu mövzuda ilk belə razılaşmadır", - deyə SallivanAPEC sammiti çərçivəsində keçirilən Amerika və Çin liderləriningörüşündən sonra təşkil edilən mətbuat konfransında bildirib.

Bu razılaşma iki ölkə arasında strateji təhlükəsizlikməsələlərində əməkdaşlıq baxımından mühüm addım hesab olunur.

Chosen
86
az.trend.az

1Sources